Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bu gün Əməkdar artistin doğum günüdür

Bu gün Əməkdar artistin doğum günüdür



Bu gün Əməkdar artist Kəmalə xanım Müzəffərin doğum günüdür.

millimeclis.info saytı olaraq Əməkdar artisti təbrik edir, uzun ömür, can sağlığı arzulayırıq.

Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə anadan olmuşdur. 1986-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində ali təhsil almışdır. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. O, "Qadın", "Pəri Cadu", "Mələk", "Zərnigar" kimi çoxsaylı obrazların öhdəsindən uğurla gəlmişdir. Aktrisa 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ