Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

“Araz Supermarket”lə bağlı cəza

“Araz Supermarket”lə bağlı cəza
Dövlət Gömrük Komitəsi “Araz Supermarket” MMC barədə inzibati protokol tərtib edib.

“Yeni Gündəm” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Araz Supermarket” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir.Report

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ