Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Antalyada anormal isti hava müşahidə edilib

Antalyada anormal isti hava müşahidə edilibBu gün Türkiyənin Antalya şəhərində havanın temperaturu 38,8 dərəcəyədək yüksəlib. May ayı üçün anormal istilər şəhərdə havanın temperaturunun ölçülməyə başladığı 1929-cu ildən indiyədək ilk dəfə müşahidə olunub.

millimeclis.info xəbər verir ki, şəhərdə bu günədək ən isti hava 1945-ci il mayın 26-da (38,7 dərəcə) qeydə alınıb.

Mütəxəssislər anormal hava şəraiti ilə bağlı vətəndaşları xəbərdar ediblər.

Xatırladaq ki, Türkiyə ərazisində Şimali Afrikadan gələn isti hava kütləsinin təsiri ilə havanın temperaturunun yüksəlməsi gözlənilirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ