Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Milyarderin oğluna verdiyi qəribə adın mənası nədir?

Milyarderin oğluna verdiyi qəribə adın mənası nədir?
6-cı dəfə ata olan məşhur milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask yeni doğulan körpəsinə verdiyi ad ilə bütün dünyanın diqqətini çəkib.

Axşam.az xəbər verir ki, sosial şəbəkədə oğlunun fotosunu paylaşan İlon ona “X Æ A-12 Musk” adını verdiyini, amma mənasını açıqlamamışdı.

Körpənin anası Kleyr Tvitter səhifəsində paylaşım edərək “Musk” soyadının yanındakı simvollara aydınlıq gətirib:

X - "Naməlum dəyişən"

Æ - Elfi yazıda Aİ kimi oxunur. Sevgi və ya süni intellekt deməkdir

A-12 cütlüyün sevimli təyyarəsi və eyni zamanda A - "Archangel" - Kleyrin sevimli mahnısı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ