Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Karantini pozduğu üçün cərimələnən sürücülərin sayı açıqlandı

Karantini pozduğu üçün cərimələnən sürücülərin sayı açıqlandıKoronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə son sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 735 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ