Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ“Martın 26-dan 27-dək şəhər çıxışlarında quraşdırılan keçid postlarından 742 nəqliyyat vasitəsi regionlara qaytarılıb”.

Bu barədə millimeclis.info-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib:

“Bizdə sərnişinlərin sayı ilə bağlı dəqiq hesablama aparılmır. Lakin martın 26-dan 27-dək ümumilikdə şəhər çıxışlarında quraşdırılan keçid postlarından 1590 avtomobil geri qaytarılıb. 742 nəqliyyat vasitəsi region istiqamətlərinə, 848 avtomobil isə şəhər istiqamətinə qaytarılıb.

Onu da qeyd edim ki, martın 19-dan bu günə qədər şəhər çıxışlarında quraşdırılan keçid postlarından rayon istiqamətinə qaytarılan nəqliyyat vasitələrinin sayı 7545 olub. Martın 25-dən bu gün səhər saatlarına qədər isə 3656 avtomobil Bakı istiqamətinə geri qaytarılıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ