Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bu yolda hərəkət məhdudlaşdırılır — SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Bu yolda hərəkət məhdudlaşdırılır — SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Aparılan təmir işləri ilə əlaqədar olaraq, 4-6 oktyabr tarixlərində Nəsimi rayonu Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Ölkə.Az"a verilən məlumata görə, bu səbəbdən sözügedən küçənin 20 Yanvar küçəsi ilə kəsişməsindən Ceyhun Səlimov küçəsi ilə kəsişməsinədək olan hissəsində ikitərəfli hərəkət təmin olunacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi sürücülərdən qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi xahiş edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ