Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bu adda limonadları almayın!

Bu adda limonadları almayın!

Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ağdaş rayonunda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkar edib.

“Qafqazinfo” xəbər verir ki, AQTA sözügedən sexdə istehsal olunmuş limonadların adını da yayıb. Bunlar “Bünaytur”, “Tala”, “Lavizna” əmtəə nişanlı qazlaşdırılmış alkoqolsuz içkilərdir (limonad).

Xatırladaq ki, Xosrov kənd sakini fiziki şəxs Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilər istehsalı müəssisəsi ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

Bu adda limonadları almayın!

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ