Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Novxanı çimərliyində İYRƏNCLİK – Bundan sonra dənizə getməyəcəksiniz – VİDEO

Novxanı çimərliyində İYRƏNCLİK – Bundan sonra dənizə getməyəcəksiniz – VİDEO













Bu il dəniz mövsümü açılandan sonra çimərliklərin vəziyyəti heç də ürəkaçan deyil. Xüsusən də, insanların ən çox axın etdiyi Novxanı çimərliyi bərbad vəziyyətdədir.

Abşeron rayonu, Novxanı “Alma” çimərliyində isə vəziyyət daha bərbaddır.

Bu barədə sakinlər şikayətlərində bildiriblər.

Çimərlikdən görüntü çəkən şikayətçi burada antisanitariyanın hökm sürdüyünü bildirib.

O, vurğulayıb ki, dəniz kənarındakı qumluq təmizlənmir. Eyni zamanda kanalizasiyanın çirkab suları birbaşa dənizə tökülür.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyunun 28-dən iyulun 4-dək çimərlik ərazilərində növbəti monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıblar.

Bu dəfəki analizlərin nəticələrinə görə Novxanı çimərliyi də çirkli hesab olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ