Mingəçevir şəhərində yerləşən kafelərin birində dava baş verib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə noyabrın 3-ü saat 19 radələrində olub.
Aralarında baş vermiş mübahisə zamanı 1992-ci il təvəllüdlü Aslanov Fariz Xaləddin oğlu əvvəlcə kəsici alətlə 1965-ci il təvəllüdlü Çingiz Əliyev və 1986-cı il təvəllüdlü Ariz Tağıyevə, daha sonra isə Çingiz Əliyev kəsici alətlə Fariz Aslanova xəsarət yetirib.
Hər üç şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
millimeclis.info.