Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Nazirlik karxana sahibini 3 000 manat cərimələyib

Nazirlik karxana sahibini 3 000 manat cərimələyib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Quba rayonunun 2-ci Nügədi kəndi yaxınlığında, Qaraçay yatağında qum-çınqıl karxanası tərəfindən yataqayırma hüdudundan kənarda qanunsuz qazıntı işlərinin aparıldığı aşkar edilib.

ETSN-dən "millimeclis.info"a verilən məlumata görə, araşdırma zamanı sözügedən qum-çınqıl karxanasının Bakı şəhər sakini Zərbadam Məmmədovaya məxsus olduğu müəyyən olunub.

Faktla bağlı karxana sahibi Z.Məmmədova barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3 000 manat məbləğində cərimə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ