Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

DTX-nin həbs etdiyi sabiq icra başçısı bu ittihamlarla tutulub

DTX-nin həbs etdiyi sabiq icra başçısı bu ittihamlarla tutulubÖtən gün Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilən Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevə qarşı istintaq orqanı tərəfindən hansı ittihamların irəli sürüldüyü məlum olub.

millimeclis.info xəbər verir ki, keçmiş başçı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma və mənimsəmə faktlarında təqsirli bilinib.

Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ