Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

İcra başçıları ilə bağlı dəyişikliklərə start verilir - İDDİA

İcra başçıları ilə bağlı dəyişikliklərə start verilir - İDDİASon parlament seçkiləri ərəfəsində kadr islahatları nisbətən səngidi. Ardından da koronavirus pandemiyası dövlət işlərini nisbi də olsa, arxa plana keçirmiş oldu. Amma yenidən dəyişikliklərə start verilir. Bu barədə millimeclis.info-a hökumətdəki mənbə məlumat verib.

Xəbəri verən qaynaq iddia edir ki, bu həftədən rayon icra hakimiyyəti başçılarının dəyişdirilməsinə yenidən start veriləcək.

Mənbə millimeclis.info-a açıqlamasında iddia edir ki, bu gün konkret olaraq bir rayonun rəhbəri ilə bağlı qərar verilə bilər.

Qeyd edək ki, həmin RİH başçısının kimliyi redaksiyamıza məlum olsa da, müəyyən dəqiqləşdirmələrdən sonra təfsilatlı məlumatı diqqətinizə çatdıracağıq.

Bizi izləməkdə davam edin...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ