Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Rusiya XİN: “Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımırıq”

Rusiya XİN: “Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımırıq”
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması separatçı rejimin keçirdiyi “seçkilər”dən asılı deyil”.

millimeclis.info” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə müəyyən edilməlidir və ATƏT-in Minsk qrupu bununla, yəni, problemin kompleks həlli ilə məşğuldur.

Eyni zamanda, gələcək sülh prosesinin həlli qeyd olunan hadisədən hər hansı bir şəkildə asılı olduğuna inanmırıq”-deyə M. Zaxarova bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ