Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Nazirlər Kabineti: Azərbaycanda koronavirusa yoluxma artıb

Nazirlər Kabineti: Azərbaycanda koronavirusa yoluxma artıb“Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”.

“millimeclis.info” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

O bir daha xatırladıb ki, hazırda Azərbaycanda koronavirusa yoluxmanın dinamikası həndəsi silsilə ilə artır:

“Biz sağalmalarda bunu görmürük. Ona görə də nə qədər ki, bu tendensiya belə davam edəcək, bu, o deməkdir ki, mənfi istiqamətdə gedirik”.

Nazirlər Kabinetinin sözçüsü bildirib ki, əgər hər kəs qaydalara riayət edərsə, azalma prosesi gedər: “Ümid edirik ki, aprelin 20-dək qoyulan karantin rejimi müddətdə bizdə də dönüş nöqtəsi başlayacaq. Dönüş nöqtəsi başlayandan sonra artıq məhdudiyyətlər də tədricən yumşaldıla bilər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ