Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ

Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİMilli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar keçdikləri həkim müayinələrinin nəticələri açıqlanıb.

Bu barədə millimeclis.info-a Azərbaycan parlamentinin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, deputatların analizlərinin cavablarının hamısı neqativ çıxıb, yəni onların heç birində koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, martın 30-da Milli Məclisin iclası keçiriləcək. Parlament sədri Sahibə Qafarovanın göstərişi ilə deputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ