
Həmkarları Novruzovu müdafiə etdi; Elman Məmmədov: “Mən Siyavuş müəllimlə tamamilə razıyam, onun mövqeyini müdafiə edirəm”
YAP icra katibinin müavini Siyavuş Novruzovun “Yeni Müsavat”a eks-nazirlər barədə verdiyi sensasiyalı açıqlamasına bəzi sabiq nazirlərdən reaksiya gəlib. Belə ki, sabiq təhsil naziri Misir Mərdanov demokrat.az-a açıqlamasında deyib ki, Siyavuş Novruzovun səsləndirdiyi ittihamlar ona aid deyil. “Siyavuş Novruzovun dediyi o sözlər qətiyyən mənə aid deyil. Mənim hər zaman mövqeyim bir olub, sözümü demişəm və heç nədən qaçmamışam. Bu gün də eyni mövqeydəyəm və lazım gələndə sözümü deyirəm”, – eks-nazir bildirib. M.Mərdanov keçmiş nazirlər arasında mühacirlərə maliyyə dəstəyi verənlərin olmasını da istisna etməyib.
Sabiq nəqliyyat naziri Ziya Məmmədov isə səsləndirilən ittihamlarla bağlı sfera.az-ın sualına cavab verib. Eks-nazir qısa açıqlama verməklə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: “Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.
İstisnalar olsa da, əksər sabiq nazirlər hələ də susurlar. Onların bəziləri mətbuatın israrlı telefon zənglərinə də cavab vermir. Ancaq S.Novruzov bəyan edib ki, mövqe bildirməsələr, davamı onlar üçün yaxşı olmayacaq. YAP funksionerinin qəfildən belə bir açıqlama ilə çıxış etməsi, üstəlik, masanın üstündə səsləndirdiyi ittihamları əsaslandırmaq üçün faktların olduğunu bildirməsi ilgincdir. YAP rəhbərliyinə daxil olan komitə sədrinin belə həssas məsələni əsassız yerə ictimailəşdirmədiyinə şübhə edənlər azdır. Hətta hesab olunur ki, bu məsələ partiya rəhbərliyi ilə də müzakirə olunduqdan sonra mətbuata çıxarılıb.


Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli həmkarı Siyavuş Novruzovun ittihamlarına münasibətini bildirərkən deyib ki, insan ona çörək verən, onu vəzifəyə irəli çəkən, onu yüksəldən, tanıdan şəxsə, hakimiyyətə daim sadiq və sədaqətli olmalıdır. “Hamımız ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı cənab prezident İlham Əliyevin çörəyini yeyirik, onların sayəsində vəzifələrə irəli çəkilmişik, tanınmışıq, nüfuz, hörmət sahibi olmuşuq. İndi necə ola bilər ki, biz onlara, dövlətimizə sadiq və sədaqətli olmayaq? Vəzifədən getdinsə, bir qədər kənarda qaldınsa, nə bilim, pişik asqırdısa, o zaman sənə çörək verənə, səni tanıdana qarşı çıxacaqsan, ona arxa çevirəcəksən? Mən bunu heç cür qəbul etmirəm və ömrüm boyu da etmərəm. İstər vəzifədə ol, istərsə də olma, hər zaman sədaqətli və sadiq olacaqsan. İnsan çörəyi, yaxşılığı heç zaman unutmaz, xüsusilə də vəzifədən gedəndən sonra. Mənim düşüncəm, həyat fəlsəfəm bundan ibatətdir…”-deyə, H. Rəcəbli sonda sözlərinə əlavə edib.
“Çox sağ olsun Siyavuş Novruzovu ki, bu məsələni gec də olsa gündəmə gətirdi”.

F.Yusifov qeyd edib ki, bu gün Azərbaycan hakimiyyətinin maliyyə müxalifətinin başında da məhz bu xəyanətkarlar dayanır: “Ona görə mən dəfələrlə təklif etmişəm ki, onların taladıqları pulları hakimiyyət geri qaytarmalıdır. Əks halda, bu pullar hakimiyyətə qarşı istifadə olunacaq. Təəssüf ki, bu gün bu da baş verir. Bu adamların kimliyi hər kəsə bəllidir. Bu adamları tutduqları yoldan geri döndərməyin yeganə yolu onların dövlətdən oğurladıqları pulları geri qaytarmaqdır. Əks halda, onları bu yoldan heç kim çəkindirə bilməyəcək”.
