Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

“Ümid edirəm kadr islahatları davam etdiriləcək” – Deputat

“Ümid edirəm kadr islahatları davam etdiriləcək” – Deputat


BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezidentin kadr dəyişikliyi üzrə bu gün imzaladığı sərəncamları yüksək qiymətləndirib.

Publika.az xəbər verir ki, millət vəkili yeni vəzifəyə təyin olunanları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb:

“Prezident peşəkarlığına, cəsarətinə, sadiqliyinə və dürüstliyinə əmin olduğu, sınaqdan çıxmış komanda üzvlərini yeni vəzifələrə təyin edib. Məncə, hamı qəbul edər ki, bu təyinatlar zamanı əsas kriteriya yuxarıda qeyd etdiyim keyfiyyətlər olub. Hamısını təbrik edirəm, xalqımızın rifahı istiqamətində fəaliyyətlərində uğurlar arzulayıram. Ümid edirəm kadr islahatları davam etdiriləcək, islahatlar genişləndiriləcək. Xeyirli olsun”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ