Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Zakir Həsənov özbəkistanlı həmkarına başsağlığı verdi

Zakir Həsənov özbəkistanlı həmkarına başsağlığı verdi
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanova başsağlığı ünvanlayıb.
millimecli.info xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
“Özbəkistanın Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri qoşunlarının komandanlığına məxsus Mi-8 helikopterinin Səmərqənd vilayətindəki "Kattakurqan" poliqonunda təlim-məşq uçuşu zamanı qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması haqqında məlumat məni dərindən kədərləndirir.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”, - başsağlığında deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ