“Əsas məsələ Ermənistanın sülhə hazır olmasıdır”.
Millimeclis.info xəbər verir ki, bu fikirləri “ARB 24”ün efirində deputat Cavanşir Feyziyev bildirib.
“Biz sülhə hazırıq. Amma görünən odur ki, bu sülhə Ermənistan hazır deyil. Avropanın sülh üçün başlatdığı bütün proqramlar iflasa uğradı. Sülh danışıqlarını Rusiya vasitəsilə aparmaq da fayda vermir.
30 il ərzində nə Rusiya, nə Avropa, nə də ABŞ sülhə töhfə verə bilib. Buna görə biz sülh danışıqlarını Gürcüstan vasitəsilə aparmalıyıq”, - deyə Cavanşir Feyziyev vurğulayıb.