Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Özbəkistanda koronavirusa yoluxanların sayı 2 325-ə çatıb

Özbəkistanda koronavirusa yoluxanların sayı 2 325-ə çatıbÖzbəkistanda daha 11 nəfərdə koronavirus aşkarlanıb.

millimeclis.info” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Özbəkistanda koronavirusa yoluxma faktlarının sayı 2 325-ə çatıb.

Mərkəzi Asiya ölkəsində virusa yoluxan 1 775 nəfər sağalıb. Hazırda 540 nəfər müalicə alır, 10 xəstənin vəziyyəti ağırdır.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 270 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ