Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bu ölkə rusiyalı tibb işçilərini köməyə çağırdı, sonra ərazisinə buraxmadı

Bu ölkə rusiyalı tibb işçilərini köməyə çağırdı, sonra ərazisinə buraxmadıBosniya və Herseqovinanın Təhlükəsizlik naziri Faxruddin Radonçiç respublika hökuməti tərəfindən Mostarı dezinfeksiya etmək üçün dəvət olunan rusiyalı hərbçiləri ölkəyə buraxmayıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Bildirilir ki, bununla bağlı Rusiya səfirliyinin notasına cavab olaraq ölkənin Xarici İşlər Nazirliyi buraxılış məsələsinin Prezidiuma göndərildiyini bildirib.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi Serbiyaya koronavirusla mübarizədə kömək edən rusiyalı hərbi mütəxəssislərdən bəzilərinin Bosniya və Herseqovinaya göndəriləcəyini bildirmişdi.

Son məlumatlara görə, Bosniya və Herseqovinada 1 781 nəfər koronavirusa yoluxub, onlardan 70-i ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ