Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Koronavirus xəstələri üçün ilk preparatın istifadəsinə başlanılır

Koronavirus xəstələri üçün ilk preparatın istifadəsinə başlanılırYaponiya hakimiyyəti Ebola qızdırması əleyhinə hazırlanmış “Remdesivir” preparatının koronavirus diaqnozu qoyulmuş xəstələrin müalicəsi üçün istifadəsinə icazə vermək niyyətindədir.

REN TV-nin məlumatına görə, bu barədə Yaponiya İctimai televiziyası xəbər yayıb.

Lazımi prosedurlar uğurla başa çatdırıldıqdan sonra “Remdesivir” COVID-19 xəstələrinin müalicəsi üçün təsdiqlənən ilk dərman olacaq.

Daha əvvəl Donald Tramp ABŞ-ın tibb sahəsinin tənzimləyicisi FDA-nın koronavirusa qarşı “Remdesivir” preparatından istifadə təklifini bəyənib.

Preparatı ABŞ-ın “Gilead Sciences” bioəczaçılıq şirkəti istehsal edir. May ayında mütəxəssislər COVID-19-a yoluxan xəstələrdə dərmanın klinik sınaqlarını başa çatdırmaq niyyətindədir.

Yaponiyada koronavirus infeksiyası hallarının sayı 14 305-dir. Virusa yoluxanlardan 2 975 nəfəri sağalıb, 455-i isə ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ