Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

"Kişi ev işində xanıma kömək etməlidir" - Elvin

"Kişi ev işində xanıma kömək etməlidir" - Elvin
Müğənni Elvin Abdullayev ARB TV-də yayımlanan "Ona qalsa" verilişinə qonaq olub.
Axşam.az xəbər verir ki, sənətçi ailəsindən bəhs edib. O, aparıcının "Ev işlərində xanımınıza kömək edirsiz" sualına belə cavab verib:

"Edirəm. Anlayışım olsa, paltar da yuyaram. Yeməkləri bişirir qoyur, süfrəni yığışdırıram. İki oğul böyüdürük, kiçik çox dəcəldir. Ona kömək etməliyəm. Hətta uşağı yatızdırmışam da. Niyə yalan danışım ki...

İndi də hərdən uşağı yatızdırıram. Ağlayır ki, atamla yatıram, mən də edirəm. Təki evdə sakitlik olsun. Kişinin ev işində qadına kömək etməsi normaldır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ