Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov son günlər korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirilən mübarizə ilə bağlı danışmaqdan imtina edib.
millimeclis.info xəbər verir ki, Bayram Səfərov demokrat.az-ın sualına cavabında icra başçılarının həbsindən danışmaq istəmədiyini bildirib.
O, fikirlərini belə əsaslandırıb: “İcra başçılarının həbsi ilə bağlı mənə sual verməyin, mən o səlahiyyətdə deyiləm.
Siz bu barədə deputatlara sual verin. Xahiş edirəm ki, məni danışdırmayın, mənim əskim tüstülüdür”.