
Ötən ilin may ayında təmirə bağlanan “Atatürk” parkının açılışı olub. Parkın təmirdən əvvəlki antisanitar vəziyyəti ətraf ərazilərdə yaşayan vətəndaşları nə qədər narahat edirdisə, yenidənqurma işlərindən sonra istifadəyə verilən park sakinlərin sevincinə səbəb olub.
















