Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Almaniya hökuməti 218 milyard avro borclanacaq

Almaniya hökuməti 218 milyard avro borclanacaqBu il Almaniya hökuməti koronavirus pandemiyasının mənfi təsirlərindən istehlakçıları və müəssisələri qorumaq üçün təşviq paketlərini maliyyələşdirmək üçün 218 milyard avro borclanacaq.

millimeclis.info” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Almaniya hökuməti yeni təşviq proqramını maliyyələşdirmək üçün parlamentdən borclanmanın səviyyəsini 62 milyard avro (70 milyard ABŞ dolları) artırılması üçün icazə istəyəcək. Bununla da ümumi borclanma səviyyəsi 218 milyard avroya yüksələcək.

Qeyd edək ki, bu ayın əvvəlində koalisiya hökuməti qısa müddətli istehlak xərclərini maliyyələşdirmək və müəssisələrin yenidən investisiya yatırmasını təşkil etmək üçün 130 milyard avro dəyərində təşviq paketi üzərində razılaşma əldə etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ