Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Azərbaycanda qorunan bank əmanətlərinin faiz dərəcəsi qaldırıldı

Azərbaycanda qorunan bank əmanətlərinin faiz dərəcəsi qaldırıldıƏmanətlərin Sığortalanması Fondu milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib.

Fonddan bildirilib ki, bu qərar Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən, Mərkəzi Bankla razılaşdırılıb.

Qərar 1 iyun 2020-ci ildən etibarən tətbiq olunacaq.

Bildirilir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ