Bu gün Azərbaycan iqtisadiyyatının çiçəklənməsində və uğurla inkişaf etməsində özəl sektorun payının rolu əhəmiyyətli dərəcədə böyükdür. Dövlətin və Dövlət başçısının sahibkarlara, iş adamlarına,özəl sektora verdiyi dəstək bu sahənin inkişafına stimul verir.Xüsisən aqrar sahəyə -heyvandarlığa, bitkiçilikə, meyvə-tərəvəzçiliyə və ümumiyyətlə kənd təsərrüfatının bütün sahələrinə verilən imtiyazlar sahibkarları daha da ruhlandırır. İlham Əliyev cənablarının kənd təsərrüfatının inkişafına ,qabaqcıl ölkələrin təcrübəsinə əsaslanaraq müasir texnologiyaların tətbiqini ölkəmizdə uğurla həyata keçirən mütəxəssislərə verdiyi təkan Dövlətin aqrar siyasətinə öz töhfəsini verir.Məhz bunun bariz nümunəsidir ki, Dövlətimizin daimi qayğısı və dəstəyi sayəsində ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilmişdir.Bu inkişafın təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatına xususi əhəmiyyətli bir sahə kimi baxılmışdır. Ulu Öndərin strateji xəttini siyasi,iqtisadi,sosial və s.bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqqiliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir.Möhtərəm Pzezidentimizin bəyan etdiyi kimi ,"hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla,Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır".Ölkədəki mövcud potensial bu strategiyanın reallaşdırmasına tam təminat verir.
Dövlət başçısının iradəsi və göstərişləri ilə həyata keçirilən elmi əsaslı institusional islahatlar, tətbiq edilən siyasi,iqtisadi,sosial texnologiyalar qeyd edilən hədəflərə xidmət etməklə öz bəhrəsini verməkdədir.
Belə nümunələrdən biridə Saatlı rayonunun Qaralar kəndində salınmış-27-hektarlıq heyva bağları sahəsidir.Türkiyədən gətirilən "Eşmə"heyva sortundan salınmış bu bağ sahələri öz məhsuldarlığı ilə böyük əhəmiyyət kəsb edir. Bu heyva sortunun ölkəmizə gətirilməsində,onun tətbiq edilməsində və yüksək məhsuldarlığ alınmasında fermer-layihə rəhbəri Ələsgər Əhmədovun müstəsna xidmətləri vardır. Məhz onun sayəsində bu meyvəçilik üslubu müasir standartlara uyğun modernləşməkdədir.Zamanında aqrotexniki qulluq,vaxtlı-vaxtında suvarma,müasir texnologiyalardan düzgün istifadə etmə birbaşa keyfiyyətə xidmət edən əsas amillərdən biridir.Bu gün Ələsgər Əhmədovun bu uğurları kənd təsərrüfatı sahəsində başqalarına örnək ola biləcəyi ən yaxşl nümunələrdən biridir. Halal zəhmət,yüksək bacarığ, düzğün qərar qəbul etmə və peşəkar idarə etmə sayəsində Ələsgər Əhmədov bu uğurlara imza atmışdır. Şükürlər olsun ki,bu tendesiya bu gündə uğurla davam edir. Bu işə neçə-neçə işçi qüvvəsi cəlb etməklə işsizlik probleminin həllində bacardığı qədər öz töhfəsini verir. Hər bir ailənin süfrəsinin bəzəyi olan bu nemətlər sevilə-sevilə öz müştərilərinin daimi sovqatına çevrilmişdir. Bütün bu uğurlara rəğmən Ələsgər Əhmədovun bu sahəyə olan diqqət və qayğısını daha da məsuliyyətlu edir. O bu uğurlardan bəhrələnərək heyvaçılıq sahəsinin inkişafını özünün prioritet vəzifələrindən başlıcası hesab edərək bu yolda min bir zəhmətə hər an hazır olduğunu bildirir. Yüksək keyfiyyət,təmiz saf məhsul və bol-bol məhsuldarlığ bizim -1-nömrəli şüarımızdır.Ələsgər Əhmədov həmdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edir. Bir neçə tədbirlərin təşkilatçısı olaraq bacardığı qədər öz maddi-mənəvi dəstəyini əsirgəməmişdir. Hər zaman da Dövlətə-Dövlətçiliyə, Xalqa-Millətə və Ulu Öndərin ideyalarına sədaqətlə xidmət edərək öz əməli işi ilə bunu subuta yetirmişdir.Daim şəhid ailələrinə,qazilərə və aztəminatlı ailələrə diqqət və qayğı göstərərək onların problemləri ilə maraqlanıb kömək
etmişdir.
Son olaraq bizdə Redaksiya heyəti adından Ələsgər Əhmədova öz təşəkkürimizi bildirir və bu yolda ona yeni-yeni nailiyyətlər, uğurlar arzu edirik