Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Salahsız “Liverpool” Messiyə şok yaşatdı – 4:0 – Video

Salahsız “Liverpool” Messiyə şok yaşatdı – 4:0 – Video














Futbol üzrə Çempionlar Liqasında ilk finalçı İngiltərənin “Liverpul” komandası olub.

“Report”un məlumatına görə, Yurgen Kloppun baş məşqçi olduğu kollektiv yarımfinalda İspaniya “Barselona”sını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. İlk matçda 0:3 hesabı ilə uduzan mersisaydlılar cavab görüşündə daha böyük fərqlə qalib gəliblər – 4:0.

Hesabı 7-ci dəqiqədə Divok Origi açıb. 54-cü dəqiqədə Jorjino Veynaldum ikinci qolu vurub. Bundan 2 dəqiqə sonra Veynaldum, 79-cu dəqiqədə isə Origi “dubl” edib.

Beləliklə, “Liverpul” inanılmazı bacararaq, ardıcıl ikinci mövsüm finala yüksəlib. Həlledici görüşə daha bir vəsiqənin sahibi bu gün Hollandiyada “Ayaks” və İngiltərə “Tottenhem”i ilə matçdan sonra müəyyənləşəcək. Final oyunu iyunun 1-də Madriddəki “Metropolitano” stadionunda keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ