"Barselona" "Yuventus"un futbolçusu Miralem Pyaniçi transfer edib.
Qol.az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb. La Liqa təmsilçsiinin bu transfer üçün 60 milyon avro və əlavə 5 milyon avro ödəyəcəyi bildirilib. 30 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanacağı bildirilib. Onun yeni qiymətinin 400 milyon avro təşkil edəcəyi vurğulanıb.
Qeyd edək ki, "Barselona" bundan əvvəl futbolçusu Arturu "Yuventus"a satdığını açıqlamışdı.