Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Noyerin "Bavariya"dan yeni tələbi

Noyerin "Bavariya"dan yeni tələbi"Bavariya" qapıçısı Manuel Noyerlə yeni müqavilə ilə bağlı əvvəlki kimi razılığa gələ bilmir.

Qol.az "Bild"ə istinadən xəbər verir ki, o, bu dəfə Münhen təmsilçisinin qarşısına yeni tələb qoyub. 34 yaşlı qolkiperin bu dəfə klubdan ilinə 20 milyon avro maaş istədiyi bildirilib.

Xatırladaq ki, bundan əvvəl Noyerin "Bavariya"dan 2025-ci ilin yayına kimi müqavilə tələb etdiyi vurğulanırdı. Klubun isə onun istəyini qəbul etmədiyi və 2023-cü ilin yayına qədər müqavilə təklif etdiyi iddia olunurdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ