Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Astara 49 saylı Yol İstismarı MMC-nin rəisi Qurban Əliyevin qanunsuz əməlləri

Astara 49 saylı Yol İstismarı MMC-nin rəisi Qurban Əliyevin qanunsuz əməlləri




Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə

Surəti: Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə

Surəti: Astara rayon prokuroru cənab Əli Əliyevə

Surəti: “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İdarə Heyətinin sədri cənab Saleh Məmmədova

Surəti: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsi cənab Fuad Heydərova


Surəti: Azərbaycan Respublikasının İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi cənab Orxan Nəzərliyə

Məlum edirəm ki, “Azerinfo.az” informasiya agentliyi qanunsuzluqların bütün növ təzahürlərinə, o cümlədən, ekologiyaya və ətraf mühitə ziyan vurulması, habelə əmək və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə müşayiət olunan neqativ hallarla mübarizə müstəvisində dövlət və hökumət strukturlarına etibarlı tərəf müqabili kimi çıxış edir.

Redaksiyamıza daxil olan məlumata görə, Astara 49 saylı Yol İstismarı MMC-nin rəisi Qurban Əliyevin rəhbərlik etdiyi müəssisənin nəzdində yaratdığı asfalt zavodunun fəaliyyəti nəticəsində hasil olan zərərli tüstü və tullantılar zavodun yerləşdiyi Pensər kəndinin sakinlərinin haqlı narazılığına səbəb olur. Məlumatda həmçinin, Qurban Əliyevin Pensər çayının yatağından çaylaq daşları istismar etdiyi və bununla da çay məcrəasını dəyişdiyi bildirilir. Bundan əlavə, müəssisə rəhbərinin istehsalata qeyri-leqal işçilər cəlb etdiyi, onlarla əmək müqaviləsi bağlamadığı, zavodun fəaliyyətindən əldə etdiyi gəlirləri vergidən gizlətdiyi qeyd olunur.

Ümid edirik ki, qeyd olunan məsələlərlə bağlı araşdırma aparılması və nəticə barədə redaksiyamızın məlumatlandırılmasına göstəriş verəcəksiniz.

Hörmətlə,

Baş redaktor: İbrahim Hümbətov

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ