Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Ucar yollarında YEYİNTİ VAR?-“Saleh Məmmədov əslində ZİNDANDA OLMALI İDİ”-ŞİKAYƏT

Ucar yollarında YEYİNTİ VAR?-“Saleh Məmmədov əslində ZİNDANDA OLMALI İDİ”-ŞİKAYƏT



Ucar rayonundan redaksiyamıza göndərilən şikayəti KAİM.az olaraq şərhsiz TƏQDİM EDİRİK:

“Ucar rayonu Alpı kənd sakini Əsgərova Dursun Əsgər qızı tərəfindən
ŞİKAYƏT!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov qanunları saya salmır. Çünki, onun himayəsi altında yol tikintisi üçün ayrılan külli miqdarda vəsait talan edilsədə indiyə qədər barəsində tədbir görülməyib. Bu cəzasızlığa görə Saleh Məmmədov dahada azğınlaşıb qanunsuz fəaliyyətini davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycanda yeni tikilən yollar az müddət sonra dağılıb yararsız hala düşür. Hazırda Ucar rayonunun Alpı və Qulabənd kəndlərində yol tikintisi işləri aparılır. Alpı kəndində tikinti işlərini aparan şirkətin yol tikintisi işlərindən anlayışı yoxdur. Sadəcə Saleh Məmmədova verdiyi rüşvətə görə saxtakarlıqla tenderin qalibi olub.

Ucar rayonu Alpı kəndində aparılan yol tikintisində mənə qarşı qanunsuzluq edilib ki, buna görə əziyyət çəkirəm. Belə ki, Ucar rayonu Alpı kəndində aparılan yol tikintisi zamanı mənə məxsus həyatyanı sahəmə gələn 400 mm-lik su borusu çıxarılmış əvəzində sintetik 300 mm-lik boru tətbiq edilmişdir. Həmin boru vasitəsi ilə sudan istifadə etməyimiz qeyri-mümkündür. Çünki, bu boru vasitəsi ilə gələn sudan 3 nəfər ailənin təsərrüfatı istifadə edir. Buna görə mən yol tikintisinə nəzarət edən mühəndisə bildirsəmdə heç bir tədbir görmək istəmədi. Çünki, bu adamlar burada dövlətin ayırdığı vəsaiti talan etməklə məşğuldurlar.

Sual yaranır ki, hansı qanuna və təcrübəyə əsasən su borusu 100 və 200 mm-lik olan bir təsərrüfat sahibinin bərəsi 400 mm-lik boru ilə əvəzlənir, 3 ailənin istifadəsində olan 400-mmlik su borusunu isə 300 mm-lə əvəzləyirlər ?

Cavab budur ki, həmin şəxslər dövlət vəsaitini talan edən mühəndisə pul verib istəklərinə nail olublar. Bu korrupsiya əməlidir ki, törədilib.Nəticədə də biz əziyyət çəkməli oluruq. Həmçinin qeyd edim ki, Alpı kəndində hazırda aparılan yol tikintisində ciddi mənimsəmələrə yol verilib ki, yerində təftiş edilməsinə zərurət var.

Mən üzləşdiyim qanunsuzluğa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova ərizə ilə müraciət etmişəm. Həmçinin, elektron qaydada bir neçə dəfə məktub göndərmişəm, ancaq saymamazlıq edib, heç bir cavab verməyib. Yuxarıda qeyd etdiyim kimi, yol tikintisi quldurlarının başında məhz Saleh Məmmədov dayanıb. Əslində Saleh Məmmədov dövlətin külli miqdarda vəsaitini talan etdiyi üçün indi vəzifədə yox, zindanda olmalı idi.

Bu səbəbdən mən mətbuat vasitəsi ilə ilk olaraq yol tikintisinə görə Prezident cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həmçinin dövlət rəhbərindən və Mehriban xanım Əliyevadan xahiş edirəm ki, dövlətin ayırdığı vəsaiti talan etmiş Saleh Məmmədovun və yerlərdə yol tikintisi aparan əlaltılarının barəsində qanuni tədbirlər görəsiniz, Ucar rayonunun Alpı kəndində aparılan yol tikintisinin obyektiv yoxlanılmasına göstəriş verəsiniz.

Əlaqə telefonu; 050 395-28-42″

Fakt ilə bağlı KAİM.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

KAİM.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ