Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Tbilisidə bazarda yanğın lokallaşdırılıb - YENİLƏNİB

Tbilisidə bazarda yanğın lokallaşdırılıb - YENİLƏNİB
Tbilisidə bazarda baş verən yanğın artıq lokallaşdırılıb.
"millimeclis.info"in yerli bürosu xəbər verir ki, yanğın zamanı 1 000 kvadrat metrə yaxın sahə yanıb.

Alovun yayılması təhlükəsi aradan qaldırılıb.

Hazırda yanğının tam söndürülməsi üzrə işlər davam etdirilir.

***15.06.2020. 23:21

Tbilisinin Varketili rayonu ərazisində yerləşən qarışıq mallar bazarında yanğın olub.

"millimeclis.info"in yerli bürosu xəbər verir ki, alov bir neçə mağazanı əhatə edib.

Əraziyə 13 yanğınsöndürən maşın cəlb olunub.

Yanğının səbəbi hələ bilinmir.

Hadisə zamanı xəsarət alan olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ