Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bakıda 39 yaşlı qadını bıçaqladılar

Bakıda 39 yaşlı qadını bıçaqladılarBakının Nərimanov rayonunda yaşayan qadın bıçaqlanıb.

Hüquq-mühafizə orqanlarından millimeclis.info-a verilən məlumata görə, iyunun 5-də saat 23:20 radələrində Lənkəran rayon sakini, 1981-ci il təvəllüdlü Sevinc Nəsirova sinəsində və əlində bıçaq yaraları ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstənin vəziyyəti ağır olduğundan, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin təfərrüatını müəyyənləşdirmək üçün onu dindirə bilməyiblər. Qadına ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ