Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bakıda polis əməliyyat keçirdi, saxlanılanlar var

Bakıda polis əməliyyat keçirdi, saxlanılanlar varBakı sakinlərində narkotik vasitə aşkarlanıb.

"millimeclis.info"in xəbərinə görə, hadisə Yasamal və Binəqədi rayon ərazilərində qeydə alınıb.

Belə k, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1958-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Heydərovdan 7,699 qram heroin və 17,453 qram metamfetamin aşkar olunaraq götürülüb.

Bundan başqa, Binəqədi RPİ-nin 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü İ.Nuriyevdən 0,038 qram heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ