Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Türkiyədə daha yeddi nəfər koronavirusdan öldü

Türkiyədə daha yeddi nəfər koronavirusdan öldüTürkiyədə bir sutka ərzində yeddi nəfər koronavirusdan ölüb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında yazıb.

O ənənəvi hesabat tipli statusunda bildirib ki, sutka ərzində edilən 3672 koronavirus testinin 293-ü pozitiv çıxıb.

Nazir həmçinin gənclərə müraciət də edib:

“Epidemiyanın xaricində deyilsiniz. Riskli hərəkətlər etməyin. Riski evinizə daşımayın. Evdə qalın. Həyat evə sığar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ