Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Yaralılardan biri komadadır — Qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Yaralılardan biri komadadır — Qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

Səhiyyə Nazirliyi Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən "Ölkə.Az"a verilən məlumata görə, Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobili toqquşub.
“Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb. Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır vəziyyəti kritikdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ