Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bakıda kafe və mebel sexi yandı

Bakıda kafe və mebel sexi yandı
Bakıda birmərtəbəli tikilidə yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda bir dam altında tikilən, ümumi sahəsi 120 m² olan birmərtəbəli tikilidə (kafe və mebel sexi kimi fəaliyyət göstərir) sahəsi 80 m² olan kafenin yanar konstruksiyaları və sahəsi 40 m² olan mebel sexinin taxtadan ibarət arakəsmə divarı 4 m² sahədə yanıb.


Yüksək temperaturdan mebel sexinin lambirdən ibarət tavanı əriyib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ