Ağstafa rayonunda iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ağstafa rayonunda (Bakı-Qazax avtomobil yolunun 462-ci kilometrliyi) “VAZ” markalı iki minik avtomobili toqquşub.Nəticədə bir minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.