Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Şuşanın ayağında ETİRAZLAR DAVAM EDİR... - NƏ ZAMANA QƏDƏR?

Şuşanın ayağında ETİRAZLAR DAVAM EDİR... - NƏ ZAMANA QƏDƏR?





Bir neçə gündür ki, azərbaycanlı ekoloqların, jurnalistlərin, könüllülərin Şuşa-Laçın yolunda dinc aksiyası davam edir. Nümayiş ilk gündən “Ekoloji terrora son verilsin!” şüarı ilə başlasa da, bu gün aksiyada müxtəlif tələblər irəli sürülür. Rusiya Sülhməramlı kontingentinin komandanı Volkov isə sözün əsl mənasında yoxa çıxıb. Aksiyanın davam etməsi, həm də Laçın dəhlizinin bağlı qalması deməkdir.
Bu isə Ermənistan və Rusiyanın talançılıq siyasətinə ziddir.

Aksiyalar nə zaman qədər davam edəcək?

“Günlərdir ki, Xankəndi-Şuşa yolunda həyata keçrilən aksiyada Azərbaycanlı ekofəallar, aktivistlər, QHT rəhbərləri, jurnalistlər və demək olar ki, cəmiyyətimizin bütün fərdləri iştirak edirlər. Eyni zamanda Rəsmi Bakı da müvafiq tədbirlər həyata keçirir.

Ötən gün Prezidentin köməkçisi və Xarici İşlər naziri də bir sıra önəmli fikirlər söylədi.

Əsas məsələ bundan ibarətdir ki, biz Laçın yolunu bağlamamışıq, Laçın yolun bağlayan Rusiya sülhməramlılarıdır”. DİA.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq İlyas Hüseynov danışıb.

O qeyd edib ki, digər tərəfdən Azərbaycan dövləti humanitar yardım karvanının keçməsində də yardımçı olub, fəal iştirak edib.

Bu səbəbdən Azərbaycana qarşı hansısa qərəzli fikir söyləmək doğru olmazdı və tamamilə yol verilməzdi.

Politoloq qeyd edib ki, Azərbaycan tərəfi aksiya keçrilən ərazidə monitor quraşdırır, qida təminatından tutmuş bütün ehtiyacların ödənilməsinə qədər fəaliyyət icra olunur.

Lakin qarşı tərəf - sülhməramlılar da səsi batırmaq üçün addımlar atırlar.

“Yaxşı ki, bu əlbəyaxa döyüşlərə, güc tətbiq edilməsinə qədər gedib çıxmayan bir mübarizəni əks etdirir. Baxmayaraq ki, bir neçə gün öncə, ”əgər aksiya iştirakçıları dağılışmasa, Rusiya sülhməramlıları güc tətbiq edəcək” açıqlaması verilmişdi. Hamıya aydındır ki, sülhməramlılar heç bir güc tətbiq edə bilməzlər.

Azərbaycanın tələbləri tamamilə haqlıdır, reallığı əks etdirir. Biz maddi- mədəni sərvətlərimizin talanmasına göz yuma bilmərik. Sözügedən təbii sərvətlərin monitorinqi həyata keçirilməlidir".

Ekspert vurğulayıb ki, bu aksiya haqlı tələblər yerinə yetirilənə qədər qədər davam edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ