Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə, Abşerona və daha 11 rayon mərkəzinə giriş-çıxış dayandırılıb

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə, Abşerona və daha 11 rayon mərkəzinə giriş-çıxış dayandırılıb




Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar bu gündən bəzi şəhər və rayonlara nəqliyyat vasitələrinin giriş-çıxış dayandırılıb.

Nazirlər Kabinetinin qərarına əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək dayandırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ