Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə : Erməni xisləti xəyanətlə, namərdlik və riyakarlıqla yoğrulub. Zəif olanda yaltaqlanmaq, güc yığan kimi qəddar vəhşiyə çevrilmək onlara xasdır. Osmanlıya da, Azərbaycana da, başqalarına da namərdlik və xəyanət ediblər. İndi Rusiyada onların hədsiz güclənməsi, maliyyə, hakimiyyət və media rıçaqlarını ələ keçirməsi, görünür, Rusiya rəhbərliyini də düşünməyə vadar edib. Daha bir neçə il belə davam etsə, ermənilərin iştahı arta, Rusiyanın idarəetməsində əsas rola iddia edə bilərlər. Görünür, Rusiya hakim dairələrində ermənilərin bu gizli niyyəti və gələcək xəyanəti barəsində məlumat olub. Ruslar dövlətə təhlükənin daxildən - ermənilərdən gələcəyindən duyuq düşüblər. Dövlət başçıları, dərin siyasətçilər isə şairlərdən fərqli olaraq xəyanəti bağışlamırlar!..
İkiüzlüyün, həqiqəti bilərəkdən danmanın, yalanı həyasızca yaymanın beynəlxalq miqyasını görürük. Əvvəlkitək sadəlövh deyilik daha, indi bilirik ki, belə bir ortamda Həqiqət Gücün yanında durur. Həqiqətin elə o "beynəlxalq aləm" tərəfindən etirafının tək yolu Qarabağı azad etməkdir. Qələbədən sonra o "beynəlxalq aləm" özü bizim yanımızda olacaq.Ermənilərin günü kimin yanında xoş keçərsə, onun ayağına yıxılar, yastığına baş qoyar.
Ermənilərin qeyri-insani hərəkətlərinə baxmayaraq, əhali qorxmur və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sona qədər mübarizə aparır. Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması yolunda qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində atdığı addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev xarici televiziya kanallarına müsahibələrində öz qətiyyətli mövqeyini bir daha beynəlxalq birliyin diqqətinə çatdırıb. Qeyd etdiyim kimi, işğalçı Ermənistan tərəfindən Moskvada əldə edilmiş humanitar atəşkəs razılaşması faktiki olaraq pozulub. Dövlətimizin başçısı qeyd etdiyi kimi, atəşkəs real həyatda baş vermədi. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Digər tərəfdən isə humanitar atəşkəs sülh demək deyil. Bu atəşkəs o məqsədlə edilir ki, tərəflər öz hərbçilərinin cəsədlərini döyüş meydanından çıxarsın, həm də əsirlər dəyişdirilsin. Əslində, Moskva görüşü Azərbaycanın diplomatik uğuru sayıla bilər. Çünki Paşinyan hakimiyyəti danışıqların formatını və baza prinsiplərini inkar etmək yolunu tutmuşdu. Həmin razılaşmada isə Ermənistan həm baza prinsiplərini, həm də danışıqların qüvvədə olan formatını qəbul etmiş oldu. Bununla belə, erməni xisləti hər kəsə məlumdur. Humanitar atəşkəs razılaşmasından dərhal sonra erməni tərəfi mövqelərimizə hücum etdi, Gəncə şəhərini isə raket atəşinə tutdu. Təbii ki, Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi və verməkdədir. İşğalçı Ermənistanın cinayətləri cavabsız qalmır. Ordumuz doğma torpaqlarımızın işğaldan azadetmə missiyasını uğurla davam etdirir. Bütün bunların nəticəsində Ermənistan hakimiyyəti, baş nazir Paşinyan çaşqın vəziyyətdədir”.
Türkiyənin münaqişənin həllindəki roluna gəlincə, Türkiyə güclü dövlət kimi bölgədə söz sahibidir. Qərb dövlətləri bunu qəbul etmək istəməsələr də, Türkiyənin bölgədə artan rolunu inkar etmək mümkün deyil. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin fəal iştirakı reallıqdır. Digər tərəfdən, Türkiyə bir çox ölkələrdən fərqli olaraq, bu məsələdə ədalətin tərəfindədir. Ədalətli tərəf isə Azərbaycandır. Türkiyə Qarabağ mövzusunda daim Azərbaycanın yanındadır. Azərbaycan xalqı bu dəstəyə görə Türkiyəyə minnətdardır.
Dəhşətdir və düşmənin məqsədi də bizə dəhşəti yaşatmaq, terror aktları ilə haqq mübarizəmizdən geri çəkindirməkdir, baş tutmadı, tutmayacaq da...
Terrorçu Ermənistan yenə gecə hücumuna keçdi. Gəncədə həyata keçirilən erməni terroru nəticəsində 3-ü azyaşlı olmaqla 13 insan həlak oldu, 5-i azyaşlı olmaqla 48 nəfər yaralandı, 2 uşaq dağıntılar altında qalıb.
Dağılmış evlər, həlak olmuş və yaralanmış insanlar. Bu bəşəriyyətin ən böyük bəlası olan terrordur və Ermənistan uzun illərdir Azərbaycana qarşı terroru davam etdirir.
Gəncə terroru: düşmən nə istəyir?
Sentyabrın 27-də başlayan hərbi əməliyyatlar nəticəsində ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistan yaşayış məntəqələrini və mülki əhaliyə hücuma başladı.
İndiyə qədər erməni terror hücumları zamanı 60 mülki vətəndaş həlak olub, 270 nəfər yaralanıb, minlərlə ev və digər infrastruktur yararsız vəziyyətə düşüb. İşğalçı ölkənin açıq terror hücumlarının səbəbləri var:
1. Məğlubiyyətinin qisasını dinc insanlardan alır, bu terrorçuları birləşdirən bir nömrəli xüsusiyyətdir;
2. Gəncəni vurmaqla Azərbaycan xalqına terror mesajı verir;
3. Xalq arasında qorxu, təşviş yaratmaq, qələbə əzmini sındırmaq istəyir;
İstəyir, amma buna nail ola bilmir. Oktyabrın 12-də Gəncəyə edilən birinci terror hücumu və ikinci dəfə baş verən hücum vətəndaşların qələbə əzmini, haqq mübarizəmizə olan inamını sarsıda bilmədi, əksinə, bu gün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib, işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda ön və arxa cəbhədə əsl əsgər kimi döyüşür. İstiqamət işğal olunmuş torpaqlarımıza üçrəngli bayrağımızı sancmaqdır və buna nail olacağıq da...
08.10.2020-ci il tarixdə saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olub, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib
Məğlub olan düşmənin terror hücumlarına əl atması da Azərbaycan ordusunun cəbhədə uğurla irəliləməsi, Azərbaycan xalqının əsgərinin, Ali Baş Komandanın yanında olmasıdır.
Cəbrayılın işğaldan azad olunmasından sonra Gəncəyə terror hücumu edildi.
Füzulinin azad olunmasından sonra yenə eyni ssenariyə əl atdılar.
İt kimi qovulan düşmən Gəncə və şəhərlərimizi raket atəşinə tutmaqla müharibə cinayəti törədir. Beynəlxalq ictimaiyyət bu cinayətin qarşısında susmamalı, Ermənistanın cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı, törətdikləri əməllərə görə cavab verməlidir. Beynəlxalq birlik bunu etməlidir, etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaq.
Uzun sözün qısası, Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı beynəlxalq tribunal yaradılmalıdır. Ermənistan özünü bir dövlət sanırsa, etdiklərinə görə cavab verməlidir! Tarixi ədalət bərpa olunmalıdır!
Müzəffər odrumuz hal-hazırda bu tələblər üçün münbit şərait yaratmaq yolundadır! Hər şey yaxşı olacaq! Böyük Atatürk demişdir: “Söhbətin mövzusu Vətənsə, gerisi təfərrüatdır!”