Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Xırdalan şəhərinə gedən sərnişinlərə taksi xıdməti göstərmək adı altında "qruplaşma" - ŞOK

Xırdalan şəhərinə gedən sərnişinlərə taksi xıdməti göstərmək adı altında "qruplaşma" - ŞOK
















AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRİ CƏNAB RAMİL USUBOVA ABŞERON RAYON POLİS İDARƏSİNƏNƏSİMİ RAYON POLİS İDARƏSİNƏ HÖRMƏTLİ CƏNAB NAZİR!

Hörmətli cənab rəislər!

Cənab nazirə və iknizə eyni vaxtda ünvanlanan şikayət, əslində yüzlərlə ölkə vətəndaşı tərəfindən çoxdan edilməli idi. Bilirsiniz ki, insanlarımızın əksəriyyəti abırlarına qısılaraq, içtimai passivlik nümayış etdirir, hüquqlarının tərbiyəsiz şəxslər tərəfindən pozulmasına, şəxsiyyətlərinin alçaldılmasına "dözüm"nümayiş etdirirlər. Əslində isə, kimsəyə sirr deyil ki, "20 yanvar" metro stansiyasının Şamaxı yolu istiqamətindəki giriş-çıxış yeraltı keçidinin düz qarşısında, yəni Nəsımı rayonu ərazisində, Xırdalan şəhərinə gedən sərnişinlərə taksi xıdmətı göstərmək adı altında, elə bir "qruplaşma" toplanmışdır mi, artıq onlar barəsındə tədbir görülməməsi mümkünsüzdür. Əvvəla, hamının "bir manatlıq" taksilər kimi tanıdığı avtomobillərin sürücüləri tərəfindən, ərazidə həm maşınların hərəkəti iflic vəziyyətinə salınmış,həm də taksi xıdmətı göstərənlərin əksəriyyəti tərəfindən məntiqi çərçivədənkənar bir-birinə söyüş və müştəri haylama qışqırıqlarıyla müşaiyət olunan-sanki qarışqa yuvası ətrafında qarışqaların xaotik vurnuxmalarını əks etdirən ajiotaj nətiçəsində əhalinin metroya giriş-çıxışı, əməlli-başlı ıctimai problemə çevrilmişdir. Burda "taksovatlıq" edən, çoxsaylı gənc sürücülərin xeyli hissəsi, nəinki taksi xıdmətı barədə mövcud təlimatlardan, hətta əxlaq normativlərindən çox uşaq şəxslərdirlər. Bunun acı nəticələrini isə,məlum sürücülərin müştərini toplayıb Xırdalan ıstıqamətındə hərəkətə başladığı anda,onların bir növ əsirlərinə çevrilmiş xeylı vətəndaş hiss etməkdədir. Taksidə siqaretçəkmədən tutmuş,yolboyu avtoşluga, yəni avtoxuliqanlığa,ədəbsiz danışıqlara qədər, hər nə tərbiyəsizlik növü düşünsəniz, bu "sürücülər"də, doyunca var. Mənim bu mövzu ətrafında hədəfimin ünvanını bir konkret misalla ərsəyə gətirməyimin zamanı yetişdi. Qabağcadan qeyd etməliyəm ki, bu hadisədən əvvəl, dəfələrlə tərbiyə görməmiş sürücülərin idarə etdiyi avtomobillərin dövlət qeydiyyatı nişanlarını telefonumda qeyd etmiş, daha sonra, açığı, yumşalaraq, ictimailəşdirmək istəməmişdim.Indiki halda isə, profilaktik-tərbiyəvi və ictimai-ictimai-asayiş qaydalarına kəskin hayqırı olayları görməzdən gəlməyin acısının davamsız olaraq əhali kütləsinə dadızdırılmasını boş verə bilməzdim. 30 aprel 2019- cu il tarixdə axşam 19-35 radələrində, "20 yanvar" metro stansiyasının məlum ünvanında növbətı taksi xidmətinin qurbanı oldum. Mənimlə birlikdə dörd nəfər "daş-kəsəyi"(bunun başqa adı olmur) "yükləyən" cavan şəxs Xırdalan ıstıqamətınə götürüldü. Yolboyu baçgicəlləndirici tryukları məni o qədər haldan saldı ki,əlacsız olaraq, "sürücüyəbənzərə" irad bildirdim. Nətisəsi isə bu oldu ki, Xırdalan dairəsinə yetişərkən, 60 yaşlı adamı, zorla maşından düşürmək üçün mənə fızıkı zor tətbiq etdi. Xeyli də, "adınalayiq"-gördüyü,aldığı tərbiyəsinə adekvat söyüşlər söydü. Məni düşürməyə nail olmamağı ondan irəli gəldı ki, mən ısrarla yerimdən tərpənmədim.Imkanımdan aşırı müqavimət göstərməyin acı nəticəsi, qan təzyiqimin şiddətli qalxması oldu ki,getdiyim ünvana yetişmək üçün, yol kənarındakı vicdanlı vətəndaşların qoltuğundan yararlanmalı oldum. Avtomobilin markasını, rəngini,dövlət qeydiyyatı nişanını gözüm yaddaşıma, yaxşı ki, ötürmüşdü (99 bf(ya da vf) 814 qeydiyyat nişanlı, ağ rəngli, "Mercedes" markalı). Şübhəsiz ki, mən bir kütləvı informasiya vasitəsinin baş redaktoru qismində,həm də Azərbaycan respublikası vətəndaşıyam və hadisənin Abşeron rayonunun ərazisində baş verməsi, mənim bu yazımı, ictimaiyyətə çatdırmaq istəyimdən əlavə, konkret olaraq, məlum şəxsin aidiyyatlı ərazi üzrə tapılaraq cəzalandırılmasını da ortaya qoymaq tələbimi ərsəyə gətirmişdir və bunu Abşeron rayonu polis idarəsinin rəhbərliyindən gözləyirəm. Mövzunun əvvəlinə qayıdaraq, qeyd etməliyəm ki, "20 yanvar "metro stansiyasının Şamaxı yolu istiqamətindəki giriş-çıxış yeraltı keçidinin düz qarşısındakı bütün yolları iflic vəziyyətinə salmış bədnam taksilərin xeyli sürücüləri, onların himayədarları olmadan, bunca azğınlaşaraq yollarını aza bilməzdilər. Axşam vaxtlarında, həmin qarışıqlıqda dolaşan post-patrul xidmətinin işçilərinin, "taksovatlıq "edənlərlə doğmacasına qayğılı danışıqları da, əhalinin gözünü deşməkdədir. Əcəba, tamamılə, qeyri-qanunu olaraq kütləvı parklanmaya aşkar "dobro"-başqa cür, loru dildə desək, hancarı ola bilir? Hələ, qışqırtı-bağırtı ansamblının səsini kəsməkdən daha çox, onların dirijorlarına çevrildiklərini demirəm.

HAFİZ RÜSTƏMOV

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ