Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bu nazirliyin külli miqdarda vəsaiti mənimsənildi — Korrupsiya FAKTI

Bu nazirliyin külli miqdarda vəsaiti mənimsənildi — Korrupsiya FAKTIKənd Təsərrüfatı Nazirliyi yanında AqrarKredit və İnkişaf Agentliyinin vəsaitini mənimsəməkdə ittiham olunan iş adamına cinayət işi başlanıb.

millimeclis.info-ın əldə etdiyi məlumata görə, Məmmədov Rəşadət Ədalət oğlunun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

O, Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarKredit və İnkişaf Agentliyinin ayırdığı külli miqdarda pulu təyinatı üzrə xərcələməyib və ələ keçirib.

Rəşadət Məmmədovun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib. Yaxın günlərdə cinayət işi başlanacaq.

Cinayət işi üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında AqrarKredit və İnkişaf Agentliyi zərərçəkmiş qismində tanınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ