Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bilgəhdəki “Köhnə qəbiristanlıq” dövlət tərəfindən qorunurmu? - RƏSMİ AÇIQLAMA

Bilgəhdəki “Köhnə qəbiristanlıq” dövlət tərəfindən qorunurmu? - RƏSMİ AÇIQLAMABakının Bilgəh qəsəbəsində yerləşən qəbiristanlıqdakı təxminən 500 illik qəbirlər abidə kimi qeydiyyata alınıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli millimeclis.info-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən qəbiristanlıq tarixi abidə kimi qeydiyyatdadır:

“Bilgəh qəsəbəsində yerləşən “Köhnə qəbiristanlıq” Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələri siyahısına arxeoloji abidə kimi salınıb”.

Xatırladaq ki, Bakının Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən qəbiristanlıqda təxminən 500 il əvvəl tikilmiş 50-yə yaxın qəbirin olması ilə bağlı məlumat vermişdik. Daha ətraflı buradan oxuya bilərsiniz.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ