Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Koronavirusa qarşı immuniteti müəyyən edən test sistemi hazırlandı

Koronavirusa qarşı immuniteti müəyyən edən test sistemi hazırlandıRusiyanın “Vektor” Virusologiya və Biotexnologiya üzrə Dövlət Elmi Mərkəzi insanın koronavirus infeksiyasına qarşı immunitetinin olmasını təyin edəcək yeni test sistemi hazırlayıb.

TASS-ın məlumatına görə, bu barədə “Rospotrebnadzor”un (“İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”) rəhbəri Anna Popova bəyan edib.

“Vector” tərəfindən hazırlanan yeni test sistemi koronavirusa qarşı anticisimlərin olmasını müəyyən etməyə imkan verəcək”, - deyə A.Popova bildirib.

Bundan əlavə, yeni nümunə bədəndə koronavirusun mövcudluğunu təyin etmək üçün reaksiyaları əhəmiyyətli dərəcədə sürətləndirəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ