Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

TÜSTÜSÜ TƏPƏMIZDƏN ÇIXANLAR

TÜSTÜSÜ TƏPƏMIZDƏN ÇIXANLAR













Yəqin, 30 il əvvələ ekskurs edə bilən yaşa sahib vətəndaşlarımız yaxşı xatırlayır ki, ölkəmizin ərazisində şadlıq evləri ındiki qədər hər küçənin, hər binanın , bir sözlə,hər addımımızın qarşısını bu qədər gözqamaşdırıcı fonda kəsə bilməzdi. 30 il əvvəl də evlənmə yaşına yetən hər bır ölkə vətəndaşına toy mərasimi keçirilməmiş deyildi.Şadlıq evləri bumunun başlandığı andan,əslində onlara həm sanitar-epidemioloji,həm ekoloji nəzarət, xüsusi olaraq gücləndirilməli idi.Ən azı o səbəbdən ki, əvvəllər, əsasən, çadırlarda keçırılən toy mərasimlərində,onsuz da, yuxarıda qeyd olunan normativlər pozulurdu. Amma, bunlara göz yummanın bəzəkli də olsa,adını qoymaq olurdu. Yəni, belə "ad" qoymaq olurdu ki, "kişi qapısında xeyır iş edır, biz də gedib qanlarını qaraldırıq,sabah bundan bizdə də ola bilər"Dübarə yəni, " əlahəzrət mentalitet ???....Həm də,çadırlar, birgünlük quraşdırılıb- sökülürdü ki,reallıqda da,operativ nəzarət edə biləcək dövlət səlahiyyətli-lərini, elə də günahlandırmaq olmurdu.​

millimeclis.info xəbər verir ki, bəs, indi niyə​ yağışdan sonra çıxan göbələkıər kimi ölkənin, hətta kəndlərini də başına götürmüş şadlıq evlərində baş verən yarıkriminal hallara, həmin halların qarşısının alınması üçün yaradılmış, dövlətin,onsuz da, çətinliklə formalaşan büdcəsindən ailəsini dolandıran aidiyyatlı strukturları göz yumurlar?

Bu sətirləri oxuyan xanımlar və cənablar!

Bu yazının müəllifinin "göz yumurlar" ifadəsinə sizlərin ironiyanızı virtual olaraq anladım və , sizlərin "nəınkı göz yummurlar,hətta göz verib-işlq vermirlər" hayqırtınızı da qulaqlarım aldı. "Elin gözü tərəzidir "məsəlinə də "nanoəlavəm" var-yəni,​ " tərəzi deyil-elektron tərəzidir".

Cənab Prezidentin fərman və göstərişləri də nəzarətçi orqanların məmurlarına, sanki şadlıq evlərinə daha rahat ayaq açaraq​ dövlətin büdcəsindən aldıqları məvacibdən qat-qat artıb dolanışıq əldə etməyə şans yaradır. Əks tədqirdə, həmin şadlıq evlərinin tüstüləri bızım təpəmizdən belə həyasızlıqla çıxmazdı. Bakı, Gəncə,Sumqayıt kimi əhalinin daha sıx yaşadığı yaşayış məskənlərində vəziyyət daha​ acınacaqlıdır. Bütün bəşəriyyətin yaşam təhlükəsi qarşısında qaldığı,buna uyğun olaraq da Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların həyəcan siqnalı altında keçirdikləri toplantılarda armosferin ozon qatının həddindən artıq həssas hala gəldiyi bildirilir, faktiki tədbirlər də həyata keçirilir. Təəssüf ki, Azərbaycan ərazisində fəaliyyət göstərən,adda-budda istisnalarla, şadlıq evləri rəhbərləri və onların başının üstünü kəsdirən "Domokl qılıncı"əvəzinə "krışa"ya çevrilmiş nəzarətedici funksiyalar daşıyan orqanların məsul işçilərinin qulaqları qorxunc ölüm-qalım siqnallarına kar-laldır. Heç bir təlimatın tələblərinə​ söykənməyən tüstü boruları isə, sanki​ biz canlılara​ lağlağa edərək, nazlana -nazlana qalxan ağ-mavi tüstünü ozon qatına doğru ehtiramla müşaiyət etmiş kimi görünməkdədirlər.​

​ Əcəba, vicdan deyilən anlam kimlərəsə fərqli tərcümə oluna(olunula) bilər. Axı, bədbəxt bəndəniz yuxarıda aydınca ərz etdi ki, ölkənin Prezidenti bu xüsusda öz sərt mövqeyini nümayiş etdirib. Birinci dalğa altında bir sıra​ ​ şadlıq evlərinin rəhbərlərinə​ proporsional qulaqburması verildiyindən, tüstü borularının(şadlıq evlərinin...) standartlara uyğun filtrlərlə təmin edilməsi həyata keçirilmişdir. Bəs, bu "I əməliyyatı"nın davamı nə üçün​ gəlmədi? Mən bu sualı heç kimə yönləndirmirəm.Sadəcə, hamletsayağı sayıqlayaraq, ani pauzadan sonra Smoktunovski​ (mənim hesabımda,ən "Hamleti") boğazı ilə danışıram: "Qalan şadlıq evlərinin pul kusələrini hərəkətə gətirmək üçün bir-iki bəndəyə qulaqburması vermək kifayətdir".

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əvvəlki rəhbərliyi bu çox ciddi məsələdə, ümümiyyətlə "mənim evim kənardadır" şüarı ilə sonadək getsə də, yeni rəhbərlik, əvvəl başından nələrisə edəcək kimi göründü. Heyf ki, bu "aqreqat halı"​ məlum sətirlərin yazıldığı anda geriyə dönməkdədir. Əmin olmaq istərdik ki,hörmətli yeni nazir, ona həvalə edilmiş yüksək vəzifənin öhdəsindən, ən azından özünün də bu havadan udduğu səbəbindən uğurla gələcək, redaksiyamızın mövqeyinə etinasız yanaşmayacaqdır .

Hafiz​ Qarabaqqallı​

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ