
İmişli rayon Kürdmahmudlu kənd tam orta məktəbi bərbad vəziyyətdədir. Çoxsaylı müraciətlərə, şikayətlərə baxmayaraq məktəbi təmirinə və ya yeni modern məktəb tikintisinə nail olmaq mümkün olmayıb. Bu barədə istiqlal.az-a kənd sakinləri məlumat verib.
Sakinlər deyir ki, məktəb normal təhsil almaq üçün yararsızdır: Qışda odun sobasından istifadə edilir. Dəfələr şikayət edilsə də, heç bir reaksiya yoxdur.





